İngiltərədə “Mançester Siti” klubunun gələcəyi ilə bağlı müzakirələr davam edir.

Offsideplus.az xəbər verir ki, əgər klub maliyyə qaydalarını pozmaqda günahkar bilinərsə, “Premyer Liqa”dan çıxarıla və hətta İngiltərə futbol piramidasının daha aşağı – qeyri-peşəkar liqalarına qədər göndərilə bilər.

Bildirilir ki, belə bir qərar veriləcəyi halda, “Mançester Siti”nin nəinki “Çempionşip”ə, hətta “Birinci Liqa”, “İkinci Liqa”ya və daha aşağı səviyyəli liqalara göndərilməsi ehtimalı gündəmə gələcək.

Məlumata görə, klubun baş məşqçisi Pep Qvardiola da yekun qərardan sonra gələcəyi ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə bilər.

Xatırladaq ki, “Premyer Liqa” rəhbərliyi “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqla bağlı 100-dən çox maddə üzrə ittiham edib. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və yekun qərar hələ açıqlanmayıb.