"Real Madrid" klubu PSJ-nin futbolçusu Joau Neveşlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi gənc portuqaliyalı üçün 150 milyon avro ödəməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

PSJ isə onu buraxmaq fikrində deyil.

J. Neveş ötən ilin yayında Paris təmsilçisinə qoşulub. Onun üçün "Benfika"ya 65 milyon avro ödənilib.

21 yaşlı yarımmüdafiəçi burada 70 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.