"Fənərbağça"nın kuboku hərraca çıxarılır.
Offsideplus.az xəbər verir ki, 1911–1912 mövsümündə qazandığı ilk İstanbul Liqası kuboku satışa çıxarılır.
Bu kubokun klubun tarixində xüsusi yeri var.
Hərracın 7 dekabr tarixində keçiriləcəyi açıqlanıb.
Söhbət edilən kubokun "Fənərbağça" İdman Klubunun yeddinci prezidenti, klub tarixində həm futbolçu, həm də prezident kimi fəaliyyət göstərən yeganə şəxs – Arif Emirzade bəyə təqdim olunan kubok olduğu bildirilir.
Tarixi əhəmiyyətə malik bu eksponatın satışa çıxarılması böyük maraq doğurub.




