"Qalatasaray" ötən gün Super Liqanın XIII turunda "Gençlerbirliği"ni 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" bu görüşdə Vilfred Sinqonu itirib.
İlk hissədə zədələnən 24 yaşlı futbolçunun 4-5 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
O, dekabrın 1-dəki "Fənərbağça" ilə derbini qaçırmalı olacaq.
Qeyd edək ki, Sinqo bu ilin yayında "Qalatasaray"a qoşulub. İstanbul təmsilçisi onun üçün "Monako"ya 30 milyon avro ödəyib.



