Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Arveladze ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, gürcü mütəxəssis bu ilin iyun ayında bu posta təyin olunmuşdu. İstanbul təmsilçisi Arveladze ilə 1 illik müqavilə imzalamışdı.

“Kasımpaşa” Superliqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.