"Qalatasaray" Türkiyə Futbol Federasiyasına qarşı etiraz addımı atdı.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi Abdullah Kavukcu bu gün keçiriləcək Ziraat Türkiyə Kuboku qrup mərhələsi püşkatmasına qatılmayacaqlarını açıqlayıb.
Sportif AŞ-nin Prezident müşaviri olan Kavukcu artıq heç kimin onların susmasını gözləməməli olduğunu bildirib:
"Xoş niyyətlə gəldiyimiz nöqtədə, bizi incə-incə yox, açıq şəkildə doğrayan Yasin Kola sanki mükafat kimi oyun verildi. Bu "Qalatasaray"a qarşı göstərilən düşmənliyin təsdiqidir. Bu bizə göstərir ki, keçmiş mövsümlərdə olduğu kimi bu mövsüm də "Qalatasaray" düşmənlərinə qarşı təkbaşımıza mübarizə aparacağıq."
Kavukcu TFF-yə olan etimadlarının tamamilə itirildiyini vurğulayıb:
"İki həftə əvvəl ‘TFF prezidentinə güvənirik’ demişdim, amma xüsusilə son iki həftədə etdikləri ilə hamımıza əsl simalarını göstərdilər. Futbolda ədalətin tərəzisini tutanlara güvənək demişdik, amma gördük ki, bu etimadı haqq etmirlər. Bu gün bir miladdır. Artıq nə səbrimiz, nə də etibarımız qaldı."
O, azarkeşlərə də səslənib:
"Qalatasaray" meydanda qalib gəlməyə davam edəcək, biz isə klubun haqqını yeyənlərlə mübarizədə bir addım belə geri çəkilməyəcəyik. Hamı bilsin ki, "Qalatasaray" unutmur. Futbolda ədalətin tərəzisini pozanlar sabah o tərəzidə özlərinin də ölçüləcəyini unutmamalıdır."
Bu səbəblə TFF-nin bugünkü dəvətinə qatılmayacaqlarını açıqlayıb.
Kavukcu sonda, hədəflərə azarkeşlərlə birlikdə addımlayacaqlarını qeyd edib:
"Biz "Qalatasaray"ıq. Doğru olanın heç kimdən qorxusu olmaz. Hər zaman olduğu kimi yalnız özümüzə güvənəcəyik. Hər şeyə rəğmən yolumuza davam edəcəyik. May ayında klubun gücünü yenə qəbul edəcəklər. Maylar bizim olacaq, heç bir "Qalatasaray"lı inamını itirməsin."
Xatırladaq ki, "Fənərbağça" ilə oynanan derbidən sonra "Qalatasaray" prezidenti Dursun Özbek və müşaviri Abdullah Kavukcu hakim qərarlarını müzakirə etmək üçün TFF prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşmüşdülər.



