"Beşiktaş" klubunda Rafa Silva problemi yaşanır.
Offsideplus.az xəbər verir ki, Türkiyə mətbuatında çıxan iddialara görə, portuqaliyalı futbolçu karyerasını baş vurmaq istəyir.
O, bu barədə qərarını klubun prezidenti Serdal Adalıya da bildirib.
"Beşiktaş" 32 yaşlı futbolçuya sabaha kimi vaxt verib. O, ailəsi ilə danışdıqdan sonra yekun qərarını verməlidir.
R. Silva 2024-cü ilin yayında "Beşiktaş"a trasnfer olub. O, burada 65 oyunda 23 qol vurub və 16 məhsuldar ötürmə edib.



