Türkiyə Futbol Federasiyası (TFF) mərc məsələsinə görə araşdırma aparılan Necip Uysal və Ersin Destanoğlu ilə bağlı tədbiri ləğv edib.
Offsideplus.az xəbər verir ki, hər iki futbolçu futbol karyerasına davam edə biləcək.
Qeyd edək ki, hazırda Türkiyə futbolunda mərc araşdırması çərçivəsində 1024 futbolçunun adı rəsmən açıqlanıb. Tədqiqatdan sonra bu oyunçulara nə cəza veriləcəyi məlum olacaq.



