"Fənərbağça"nın sabiq futbolçusu Tuncay Şanlı yenidən kluba qayıdıb.

Offsideplus.az xəbər verir ki, o, "sarı-lacıvərdlilər"də Dəyərin Yaradılması və İnkişafı Direktoru kimi çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

T. Şanlı 2002-07-ci illər arasında "Fənərbağça"da çıxış edib. O, burada 204 oyuna çıxıb və 77 qol vurub.