"Trabzonspor" Andre Onananın performasından məmnundur.
Offsideplus.az xəbər verir ki, Qaradəniz təmsilçisi kamerunlu qapıçını birdəfəlik transfer etməyi planlaşdırır.
Bu barədə "The Sun" məlumat yayıb.
"Trabzonspor" Uğurcan Çakırın "Qalatasaray"a keçidindən sonra onun əvəzinə A. Onananı heyətinə cəlb etmişdi.
O, burada 4 oyuna çıxıb və qapısında 5 qol görüb.
Qeyd edək ki, kamerunlu qolkiper müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur.
"Transfermarkt" portalına görə onun bazar dəyəri 20 milyon avrodur.



