"Fənərbağça" klubunun rəhbərliyi "Nitsa"nın futbolçusu Evvan Qessanı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" 23 yaşlı hücumçu üçün Fransa klubuna rəsmi təklif göndərib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qessan 2020-ci ildən "Nitsa"nın əsas komandasında çıxış edir. O, başa çatan mövsüm 42 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə gənc futbolçunun dəyəri 25 milyon avrodur.