"Qarabağ"ın prezidenti Tahir Gözel sığınacaqda "Ayaks"a qarşı oyunu yalnız izləyən azarkeşlə bir araya gəlib.

Offsideplus.az xəbər verir ki, T.Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Görüş "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutub. Görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşə rəsmi forma təqdim edib.