Türkiyə Superliqasının 2026/27 mövsümünün ilk həftəsində "Beşiktaş" öz meydanında "Eyüpspor"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, "Tüpraş" stadionunda keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

​Siyah-bəyazlılara mövsümün ilk 3 xalını gətirən yeganə qolu 25-ci dəqiqədə Junior Olaitanla gözəl paslaşmadan sonra topu torlara göndərən Çexiya millisinin üzvü Vatslav Çerni vurub.

​Qarşılaşmanın 51-ci dəqiqəsində Çerninin cərimə zərbəsindən endirdiyi möhtəşəm zərbə dirəkdən qayıdıb. "Eyüpspor"da isə David Kosta 68-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub.

​Bu nəticə ilə "Beşiktaş" baş məşqçi Vinçenzo İtalianonun rəhbərliyi ardıcıl 5-ci rəsmi qələbəsini qazanaraq mövsümə qapısını toxunulmaz saxlamaqla start verib.