Müdafiə xəttini gücləndirmək istəyən "Beşiktaş" Almaniyanın "Stuttgart" klubunda çıxış edən 28 yaşlı mərkəz müdafiəçisi Ceff Şabo üçün rəsmi təklif göndərib.

Offsideplus.az xəbər verir ki, transferlə bağlı əsas detallar bunlardır:

  • 10 Milyon avroluq təklif: Türkiyə klubu alman stoper üçün 10 milyon avro təzminat təklif etsə də, "Ştuttqart" bu məbləği yetərsiz hesab edərək təklifi rədd edib.

  • Müqavilə və futbolçunun mövqeyi: Şabonun "Ştuttqart" ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var. Futbolçunun İstanbul təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilirdi, lakin klublar arasında razılıq əldə olunmayıb.