Türkiyə Super Liqasında XXII tur çərçivəsində “Trabzonspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, matçın 6-cı dəqiqəsində “Trabzonspor”un heyətində Ernest Muçi hesabı açıb.
Daha sonra “sarı-lacivərdlilər”dəm Anderson Taliska hesabı bərabərləşdirib. Matçın 34-cü dəqiqədə Kerem Aktürkoğlu “Fənərbağça”nı önə keçirib.
Komandalar fasiləyə Paul Onuaçunun 43-cü dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə yollanıblar.
İkinci hissədə qonaqların heyətində Marko Asension matçda son nöqtəni qoyub.
Qarşılaşma “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb


