Kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, o, Gürcüstanın Batumi şəhərində keçirilən GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turnirində mübarizə aparıb.

Üç raund davam edən döyüşdə 31 yaşlı “professor” braziliyalı rəqibi Jaime Souzanı məğlub edib.

Qeyd edək ki, bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub.