“Sabah” çox güclü komandadır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Sabah”la matçdan(87:103) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Oyuna yaxşı başladıq və ilk iki periodu pis keçirmədik. Ümumilikdə də oyunu yaxşı keçirdik. Oyundan razıyam. Amma elə məqamlar var idi ki, onlardan narazı qaldım. 11 sərbəst atışını dəqiq yerinə yetirə bilmədik. 18 top itkisinə yol verdik. Bu çatışmazlıqları aradan qaldırsaq, çempionatda istənilən komandaya qarşı mübarizə apara bilərik.
Bugünkü oyunda çoxlu müsbət məqamlar gördüm. Hesaba baxmayaraq, meydançada mübarizə var idi və biz böyük istəklə oynayırdıq”.



