"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"ın sağ cinah müdafiəçisi Nussair Mazraui barədə danışıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı bunları söyləyib:
"Mazraui yüksək səviyyəli oyunçudur. O, oyunu başa düşür. Hücum etməyi bacarır və çox texnikalıdır. Müdafiədə və təkbətək mübarizələrdə çox yaxşıdır. Nussair müasir futbolçudur. Düşünürəm ki, o, komandamızın gələcəyidir".



