"Mançester Siti" klubunun apellyasiya şikayəti növbəti ciddi problemlə üzləşib.
Offsideplus.az xəbər verir ki, klubun təxminən altı il əvvəl UEFA-ya təqdim etdiyi sübutlar onların müdafiə xəttini zəiflədə bilər.
Məlum olub ki, "Mançester Siti" UEFA-ya 2012 və 2013-cü illərdə Cabir Məhəmməd tərəfindən hər biri 15 milyon funt-sterlinq olmaqla iki ödəniş edildiyini və bunların ADUG tərəfindən edildiyini bildirmişdi. Lakin klub UEFA-ya həmin şəxsin Vəliəhd Şahzadə Divanının baş direktoru olduğunu gizli saxlamışdı. Halbuki bu vəsaitin "Etisalat" şirkətindən gəlməli olduğu güman edilirdi.
Xatırladaq ki, birinci zərbə "Etihad" şirkətinin 2015-ci ildə ABŞ hökumətinə göndərdiyi məktubla bağlı olmuşdu. Həmin məktubda Abu-Dabinin sponsorluqlar üçün ödəniş etdiyinə dair xəbərlərin yalan olduğu və heç bir subsidiyanın alınmadığı qeyd olunmuşdu.
Buna baxmayaraq, klub rəhbərliyi müqavilələrin qanuni olduğunu, Abu-Dabi hökuməti tərəfindən ödənildiyini və əllərində təkzibolunmaz sübutların olduğunu iddia edir.
Qeyd edək ki, "Mançester Siti" 115 ittihamdan 114-ü üzrə təqsirli bilinib. Apellyasiya şikayətinə üç nəfərdən ibarət heyət baxacaq və yekun qərarın ilin sonuna qədər açıqlanacağı gözlənilir.


