Avropa kuboklarından kənarda qalan "Çelsi" klubu bu yay heyətində ciddi islahatlar aparmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi maliyyə balansını qorumaq və heyəti yenidən formalaşdırmaq üçün bir neçə əsas komanda oyunçusu ilə yollarını ayırmağa hazırdır.

​"Stmford Bric"i təkrar tərk edə biləcək futbolçular arasında diqqətçəkən adlar var. Klubun transfer siyahısına daxil etdiyi və gedişinə icazə verməyi düşündüyü oyunçular bunlardır:

  • ​Romeo Laviya
  • ​Uesli Fofana
  • ​Andrey Santos
  • ​Pedro Neto
  • ​Malo Qusto

​Rəhbərlik həm büdcəni yüngülləşdirmək, həm də yeni transferlərə yer açmaq üçün gələn təklifləri dəyərləndirəcək. Heyətin kütləvi şəkildə yenilənməsi gözlənilir.