Dünya çempionatının həyəcanı artıq üçüncü gündür ki, davam edir. Bəs Misli Premyer Liqası klublarının kapitanları turnirdə hansı komandanı favorit hesab edir və kimə azarkeşlik edirlər?
Offsideplus.az mövzu ilə bağlı kapitanlar arasında sorğu keçirib:
Bədavi Hüseynov (“Qarabağ”): "Türkiyə və Özbəkistana azarkeşlik edəcəyəm. Turnirin favoriti olaraq isə İspaniya və Fransanı görürəm".
Emin Mahmudov (“Neftçi”): "Fransanı favorit hesab edirəm".
Qismət Alıyev (“Zirə”): "Ronaldo amilinə görə Portuqaliyaya azarkeşlik edəcəm, favorit isə İspaniyadır".
Slavik Alxasov (“Araz-Naxçıvan”): "Portuqaliyanın favorit olduğunu düşünürəm".
Səbuhi Abdullazadə (“Sumqayıt”): "Həm azarkeşlik etdiyim milli komanda, həm də favoritim Portuqaliyadır".
Rikardo Fernandeş ("Şamaxı"): "Favoritim azarkeşlik etdiyim milli əlbəttə ki, Potrtuqaliyadır".
Əli Səmədov (“Kəpəz”): "Türkiyəni dəstəkləyirəm, favoritim isə İspaniyadır".
Asif Məmmədov (“Qəbələ”): "Favoritim İspaniyadır".
Tərlan Quliyev ("Şəfa"): "Həmişə olduğu kimi, bu dəfə də həm dəstəklədiyim, həm də favorit hesab etdiyim kollektiv İspaniyadır".


