"Şəfa" komandanın kapitanı Tərlan Quliyev ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli müdafiəçi ilə müqavilənin müddəti daha 1 il uzadılıb.
34 yaşlı futbolçu 2025-ci ilin yanvarından "Şəfa"nın uğurları üçün çalışır.
T. Quliyev geridə qalan iki mövsümdə komandanın İkinci Liqadan Premyer Liqaya qədər yüksəlməsində böyük pay sahibi olub.


