Braziliya millisinin vingeri Vinisius Junior DÇ-2026-nı karyerasının ən özəl və vacib turniri adlandırıb.

Offsideplus.az xəbər verir ki, Mərakeşlə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında çıxış edən ulduz futbolçu fiziki cəhətdən ideal vəziyyətdə olduğunu və bu mövsüm heç bir zədə almadığını bildirib.

Karlo Ançelottinin rəhbərliyi altında oynamağın ona böyük rahatlıq və özünəinam verdiyini vurğulayan Vinisius bunları qeyd edib:

"Önümüzdə 8 oyun var. Mən həm ölkəmiz, həm də komanda yoldaşlarım üçün tarixi dəyişə bilərəm. Burada söhbət təkcə qol və ya məhsuldar ötürmələrdən getmir, əsas məqsəd komandaya lazım olan inamı aşılamaqdır. Neçə qol vurmağımın heç bir əhəmiyyəti yoxdur. Ən vacib məqam turnirin sonunda nəyə nail olacağımızdır".