İsveçrə millisinin kapitanı Qranit Caka DÇ-2026-da Qətərə qarşı keçirəcəkləri debüt matçı öncəsi iddialı danışıb.

Offsideplus.az xəbər verir ki, karyerasında dördüncü dəfə dünya çempionatında iştirak edən təcrübəli yarımmüdafiəçi komandanın heç vaxt olmadığı qədər istəkli və inamlı olduğunu bildirib.

Asiya çempionuna qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında danışan Caka futbolçuların meydanda zövq almasının vacibliyini vurğulayıb:

"Futbolda həmişə taktikadan danışırıq, amma andan zövq almaq və meydanda azad hiss etmək də çox önəmlidir. Bu gün ailəmiz və ölkəmiz üçün ən yaxşı oyunumuzu oynayacağıq. İlk böyük addımı atmağa həm fiziki, həm də mental olaraq tam hazırıq. Bu, bizim üçün ən yaxşı dünya çempionatı olacaq".

Qeyd edək ki, B qrupunda mübarizə aparan İsveçrə yığmasın bu gün, Bakı vaxtı ilə saat 23:00 Qətər milli komandası ilə üz-üzə gələcək.