"Barselona" rəhbərliyi Ferran Torreslə yeni müqavilə danışıqlarına başlamaq barədə qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi ilkin olaraq yeni sözləşmə mövzusunu ilin sonuna doğru müzakirə etməyi planlaşdırsa da, planları sürətləndirib və yaxın vaxtlarda danışıqlara başlamaq niyyətindədir.

Ferranın hazırkı müqavilə müddəti 2027-ci ilə qədərdir.

Futbolçunun heyətdəki artan rolunu və əhəmiyyətini nəzərə alan "Barselona" onunla sözləşməni daha 3 və ya 4 il uzatmağı planlaşdırır.