Ağır çəkidə WBC, WBA və IBF kəmərlərinin sahibi Aleksandr Usik ABŞ prezidenti Donald Trampla bir araya gəlib.

Offsideplus.az xəbər verir ki, Usik və Trampın Oval kabinetdə çəkilmiş fotosunu prezidentin köməkçisi Marqo Martin paylaşıb.

Qeyd edək ki, ukraynalı boksçu son olaraq mayın 23-də Gizada baş tutan turnirdə Riko Verhovenə 11-ci raundda texniki nokautla qalib gəlib.