Azərbaycanın 3x3 basketbol üzrə qadın və kişilərdən ibarət yığma komandaları Avropa Kubokunun seçmə mərhələ oyunlarında qüvvəsini sınayacaq.

Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət millimiz Kosovoda keçirilən turnirdə bu gün Albaniya, Malta və San Marino seçmələri ilə qarşılaşacaq.

Qadınlardan ibarət kollektivimiz isə yer aldığı A qrupunda Kipr və Malta yığmalarını sınağa çəkəcək. Hər iki komandamızın növbəti oyunları iyunun 14-də baş tutacaq.

Qadın yığmamızın aparıcı üzvü Brianna Freyzer zədəsinə görə, oyunlarda iştirak edə bilməyəcək.