Misli Premyer Liqasında XI tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, "Zəfər turu" adlandırılan turun ilk oyunu Şamaxıda baş tutub.

Yerli komanda "İmişli"ni qəbul edib.

Ayxan Abbasovun yetirmələri bu görüşdə qalib gələrək turnir cədvəlində rəqibini ötüb - 1:0.

Yeganə qolu Karim Rossi vurub.

"Şamaxı" 13 xalla 8-ci, "İmişli" isə 12 xalla 9-cudur.


Misli Premyer Liqası, XI tur

7 noyabr (cümə)

13:44. "Şamaxı" - "İmişli" 1:0

Qol: Karim Rossi, 79

“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos

Baş məşqçi: Ayxan Abbasov

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu.