İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq kapitanı, tanınmış ekspert Qari Nevill "Liverpul"un transfer pəncərəsindəki addımlarını tənqid edib.
Offsideplus.az xəbər verir ki, xüsusilə müdafiə və dayaq yarımmüdafiəsi bölgələrində edilməyən transferlərin komandaya baha başa gələ biləcəyini vurğulayıb.
-
Cinah müdafiəçiləri problemi: "Liverpul"un sol və sağ cinah müdafiəçisi transfer etməməsi inanılmazdır. Kerkez və Frimponqun bütün mövsüm boyu dördlü müdafiədə oynaya biləcəyi fikri... sadəcə onlarla çoxlu qollar buraxacaqlar.
-
Dayaq yarımmüdafiəsi çatışmazlığı: "Liverpul"a fiziki cəhətdən güclü dayaq yarımmüdafiəçisi lazımdır. Komandanın məhz bu iki zonada transfer etməməsinə inana bilmirəm.


