AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının II turunun yekunlarına əsasən iki klubu cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb baş tutan matçlarda baş verən qayda pozuntuları olub.
"Zirə" ilə səfər qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalandırılan "İmişli" 700 manat məbləğində cərimə olunub.
"Neftçi" – "Araz-Naxçıvan" görüşündə isə arena işıqlarında yaranan texniki problem matçın 4 dəqiqə dayanmasına gətirib çıxarıb. Meydan sahibi kimi təşkilatçılığı həyata keçirən "ağ-qaralar" bu səbəbdən 2000 manat cərimə ödəməli olacaq.


