Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına təyinat alıblar.

Offsideplus.az xəbər verir ki, FIFA hakimi Əliyar Ağayev avqustun 27-də Çenstoxovada yerləşən “Rakuv” stadionunda keçiriləcək “Rakuv” (Polşa) – “Hayduk Split” (Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim funksiyasını yerinə yetirəcək. İngiltərəli Piter Benks VAR, digər azərbaycanlı referi İnqilab Məmmədov isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.

Digər FIFA referisi Elçin Məsiyev isə avqustun 26-da Vyanada yerləşən “Vestştadion”da keçiriləcək “SK Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) görüşünü idarə edəcək.

Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Fərid Hacıyev dördüncü hakim funksiyasını yerinə yetirəcək. Fransalı Villi Delajo VAR, digər azərbaycanlı referi Nicat İsmayıllı isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.