"Çelsi" transfer pəncərəsinin bağlanmasına az qalmış qapıçı mövqeyi üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin ulduz qolkiperi Emiliano Martinez "zadəganlar"a təklif olunub və klub bu keçidi ciddi şəkildə nəzərdən keçirir.
-
Danışıqlar və futbolçunun istəyi: Martinezə klublar səviyyəsində təklif gəldikdən sonra onun nümayəndələri ilə "Çelsi" arasında danışıqlar başlayıb. Qapıçının özü də bu keçidə çox müsbət yanaşır.
-
"Aston Villa"nın planı: "Aston Villa"nın isə Emiliano Martinez yola düşəcəyi təqdirdə komandanın yeni əsas qapıçısı qismində Zion Suzuki-ni transfer edəcəyi gözlənilir.


