AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının II turunda keçirilmiş "Turan Tovuz" - "Şamaxı" oyunundakı mübahisəli epizoda münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.


R.Həsənov meydan sahiblərinin cərimə zərbəsindən sonra topun qapı xəttini keçdiyini təstiqləyən aydın görüntü olmadığını deyib:
"Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdur və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır".

Xatırladaq ki, qarşılaşma qolsuz başa çatıb.