"Qəbələ" klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" İbrahim Sangareni heyətinə cəlb edib. 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu son olaraq İsrailin "Hapoel Hadera" klubunda çıxış edib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kundeni də transfer edib.