"Sumqayıt" komandasının növbəti futbol mövsümü üçün hazırlıq planı açıqlanıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri"nin təmsilçiləri iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına başlayıblar.
“SOCAR Polymer Arena”da keçirilən təlim-məşq toplanışın iyulun 24-dək davam edəcək.
İyulun 25-də isə komanda hazırlığın ikinci mərhələsi üçün Qəbələyə yola düşəcək.
Avqustun 8-dək Qəbələdə olacaq "Sumqayıt" 4 yoxlama matçında qüvvəsini sınayacaq.



