Misli Premyer Liqasında 2024/25 mövsümü üzrə son matçında "Səbail"i 4:1 hesabı ilə məğlub edən "Sumqayıt" tarixində 5-ci böyükhesablı qələbəsinə nail olub.
Offsideplus.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib. “Kəpəz”i (2017/18) 3:0, “Sabah” (2018/19), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/24) eyni - 4:1 hesabı ilə məğlub edən “Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu da təkrarlayıb.
“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəlib. Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.