Bu mövsüm Gəncədə ilk ev oyununa çıxacaq “Kəpəz” Azərbaycan Premyer Liqasının növbəti turunda “Turan Tovuz”u qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 30 avqust saat 18:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

Görüş üçün biletlər avqustun 26-dan etibarən iTicket.az platformasında onlayn, həmçinin stadionun kassalarında satışa çıxarılacaq.

Biletlərin qiymətləri sektorlardan asılı olaraq 3, 5, 10 və 20 manat təşkil edir.

Azarkeşlər biletləri seçdikləri sektora uyğun əldə edə bilərlər.