UFC-nin rəhbəri Dana Uayt blogerlərin iştirakı ilə keçirilən boks qarşılaşmalarına münasibət bildirib. O, bu cür döyüşlərin tamaşaçılarda xüsusi təəssürat yaratmadığını vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Dana Uayt açıqlamasında belə deyib: "Blogerlərin boks qarşılaşmalarına baxdıqdan sonra heç kim ‘Vau, bu inanılmaz dərəcədə möhtəşəm idi’ demir. Belə bir şey sadəcə baş vermir". Qeyd edək ki, Dana Uayt daha əvvəl də Ceyk Polun boks döyüşlərini ardıcıl şəkildə tənqid edib.