Stefen Karri bu mövsüm "Qolden Steyt Uorriors"un heyətində ilk dəfə sabiq komanda yoldaşı Kley Tompsona qarşı meydana çıxıb. Tompson yay transfer dövründə "Mayami Hit"ə keçdikdən sonra onların ilk dueli baş tutub. Karri oyundan sonra keçmiş komanda yoldaşı ilə münasibətləri və qarşılaşma barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Karri bu barədə belə deyib: "Hələ də ona qarşı oynamaq bir az qeyri-real hiss etdirir. Bu hiss heç vaxt dəyişməyəcək, çünki birlikdə çoxlu döyüşlərdən keçmişik. İndi isə onu qorumaq bir növ maraqlıdır. Əsasən isə həyəcanverici olan odur ki, biz hələ də eyni meydançada rəqabət apara bilirik. Hər belə görüş bizi karyeramızın sonuna bir addım yaxınlaşdırır. Ona görə də bu anları dəyərləndirməyə çalışırsan, baxmayaraq ki, meydançada rəqabət ruhu hökm sürür".
Karri həmçinin Tompsonun ötən gün "Klipers"ə qarşı oyunda əlavə vaxtda vurduğu qələbə topuna da toxunub: "Dərhal Draymonda yazdım, sadəcə 'Killer-Kley' dedim. Onun oyundan zövq aldığını görmək həmişə xoşdur, amma bu gün, təbii ki, biz onu dayandırmaq istəyirdik".
Qeyd edək ki, bu qarşılaşmada "Qolden Steyt Uorriors" "Mayami Hit"i 120:100 hesabı ilə məğlub edib. Karri 29 xal toplayıb, Tompson isə 11 xalla yadda qalıb.


