Basketbol üzrə Şöhrət Zalının üzvü Dok Rivers Yannis Antetokunmpo ilə işləməyin asan olmadığını bildirib. Təcrübəli mütəxəssis qeyd edib ki, Antetokunmpo meydançada daim yüksək tempdə oynayır və əsasən birbaşa səbətə doğru irəliləyir. Onun sözlərinə görə, Yannis əla ötürmə bacarığına malik olsa da, qeyri-adi basketbol düşüncəsinə sahib deyil və əsasən güc oyununa üstünlük verir.
Offsideplus.az xəbər verir ki, Rivers bu barədə belə danışıb: "Onunla işləmək çətindir. Yannis daim səbətə doğru gedir, tempini heç vaxt aşağı salmır. Mən bir dəfə demişdim ki, Yannis yaxşı ötürmələr edir, amma basketbol baxımından qeyri-adi intellektə malik deyil. Onun əsas yolu irəli getmək və rəqibi güclə üstələməkdir. Bəzən istəyirəm ki, o, fərqli qərar versin, daha yaxşı kombinasiyalar qursun. ABŞ-da belə oyunçular çoxdur, onlar fərdi bacarıqları ilə hər şeyi həll edirlər və kombinasiyalara ehtiyac duymurlar. Amma bu, komandanın xeyrinə deyil. Mən bunu Yannisə də demişəm. Düşünürəm ki, o, hələ də məşqçi tapşırıqlarının əhəmiyyətini tam dərk etməlidir. İndi onun yanında bu sahədə çox güclü bir məşqçi var". Rivers "Miluoki Baks"da Antetokunmpo ilə 2023/24 mövsümünün ortasından 2025/26 mövsümünün sonuna qədər çalışıb. Bu dövr komanda üçün 97:103 hesablı məğlubiyyət və son 10 ildə ilk dəfə pley-offa vəsiqə qazana bilməməklə yekunlaşıb.


