UFC-nin sabiq iki çəki dərəcəsində çempionu Konor Makqreqor növbəti döyüşündən sonra karyerasında yeni mərhələyə başlaya biləcəyini bildirib. İrlandiyalı ulduz UFC-də son qarşılaşmasından sonra əlcəyini çıxaracağını, lakin bu addımın karyerasını bitirmək üçün deyil, başqa bir döyüş növünə keçmək üçün atılacağını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Makqreqor bu barədə belə danışıb: "Mənə əlbəyaxa döyüşlər çox maraqlıdır. Düşünmürəm ki, bu döyüşlər darıxdırıcı ola bilər. Ola bilsin, belə deyirəm, çünki sonuncu MMA qarşılaşmam uğurlu alınmadı. Yaxşı bir MMA döyüşünü üstələmək çətindir, amma əlbəyaxa döyüşlər həm çox həyəcanlı, həm də təhlükəlidir. Onlarda iştirak etmək üçün böyük cəsarət lazımdır. Əlbəyaxa döyüşü səbirsizliklə gözləyirəm. Böyük ehtimalla növbəti döyüşdən sonra əlcəyimi çıxaracağam, amma bu, karyeramı bitirmək üçün deyil. Əlbəyaxa döyüşlərə keçəcəyəm".
Qeyd edək ki, Makqreqor sonuncu dəfə Maks Holloueyə qarşı döyüşdə birinci raundda dizindən zədə alıb və texniki nokautla məğlub olub. Qarşıdan gələn UFC döyüşü onun təşkilatla müqavilə üzrə son qarşılaşması olacaq.


