UFC-nin keçmiş çempionu İliya Topuriya aprel ayında oktaqona qayıdacağını bildirib. O, mümkün rəqibi kimi Paddi Pimbletti nəzərdə tutaraq maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Topuriya bu barədə belə deyib: "Apreldə geri dönməyi planlaşdırıram. Paddi, Paddi, Paddi. Onu sosiska kimi yeyəcəyəm, çünki o, elə sosiska kimidir".

Xatırladaq ki, Topuriya son döyüşünü 2026-cı ilin iyununda keçirib və texniki nokautla Castin Geyciyə uduzub. Dana Uayt isə bildirib ki, Topuriya 2027-ci ilin əvvəlində geri dönəcək və bu istiqamətdə iş aparılır.