İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel noyabr oyunları üçün "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmeri heyətə çağırmamasının səbəbini izah edib.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis Palmerin zədələr səbəbindən tez-tez toplanışları buraxdığını xatırladıb və futbolçunun 2026 Dünya Çempionatının heyətində yer almadığını bildirib.

"Düşünürəm ki, hər kəs İngiltərə millisində oynamağı arzulayır və Koul da istisna deyil. Hazırda biz komandada olmayan bir oyunçudan danışırıq. Ən vacibi millidə baş verənlərdir. Mən artıq əvvəl də demişdim ki, o, özünü göstərmək üçün çoxlu imkanları əldən verir. Toplanış uzun çəkdi – iki yarım həftə. Bu müddətdə komandada olan oyunçular əla iş gördülər və yerlərini qorudular. Əgər sən millidəsənsə, özünü göstərmək şansın var. Burada heç nə şəxsi deyil. Əlbəttə, biz heç vaxt düşünmürük ki, Koul milliyə gəlmək istəmir və ölkəsini təmsil etmək arzusunda deyil. Amma rəqabət davam edir və toplanışda olan futbolçular möhtəşəm çıxış etdilər və yerlərini saxladılar", – deyə Tuxel vurğulayıb.