Rusiyanın sabiq futbolçusu Vladislav Radimov Kriştiano Ronaldunun Portuqaliya millisindən qalmaqallı ayrılmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Radimov Ronaldunun milli karyerasını başa vurmasını və bu prosesin düzgün təşkil olunmamasını tənqid edib:
"Portuqaliya Futbol Federasiyası Ronaldunun gedişini daha yaxşı təşkil etməli idi. Xüsusilə də, Lionel Messinin Argentinada necə yola salındığı ilə müqayisədə bu, tam fiasko oldu. Belə bir uğursuzluğu federasiya və baş məşqçi hətta ən pis yuxularında belə təsəvvür edə bilməzdilər. Axı Kriştiano Ronaldo kimdir, Jorje Jezuş kimdir, ümumiyyətlə, bütün milli komanda nədir? Bu, tamamilə mənasızlıqdır və artıq geri dönüşü yoxdur. Düşünürəm ki, Ronaldo bu məktubla baş verənlərə yekun və düzgün nöqtə qoydu. Bu ləkə isə federasiya və baş məşqçinin üzərində həmişə qalacaq".


