AFFA baş katibinin müavini Elçin Məmmədov və digər nümayəndələr noyabrın 4-5-də Çexiyanın paytaxtı Praqada keçirilən UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfransda iştirak ediblər.

Offsideplus.az xəbər verir ki, tədbirdə Avropa klublarının futbol mənzərəsi, maliyyə davamlılığı, idarəetmədə süni intellektin tətbiqi, qadın futbolunun inkişafı və Çexiya futbolunun 30 illik lisenziyalaşdırma təcrübəsi kimi mövzular müzakirə olunub.