UFC döyüşçüsü Baysangur Susurkaev növbəti qarşılaşmasının baş tutmayacağını açıqlayıb. O, UFC 335-də Ryan Gandra ilə döyüşməli idi, lakin bu görüş də ləğv olunub. Susurkaev sosial şəbəkədə bildirib: "Mənim növbəti rəqibim Ryan Gandra olmalı idi, amma indi ondan da məhrum oldum. Bir sualım var: doğrudan da bu qədər təhlükəliyəm, yoxsa dözümlülüyüm onları qorxudur? Daha bir ad ortaya çıxıb. Ümid edirəm, heç olmasa kimsə mənimlə döyüşə çıxacaq. Sizcə, növbəti qurbanım kim olacaq?"

Offsideplus.az xəbər verir ki, daha əvvəl Susurkaevin 14 noyabrda UFC 334-də Donte Consonla qarşılaşacağı gözlənilirdi, lakin həmin döyüş də baş tutmamışdı. Bundan sonra ona 13 dekabrda UFC 335-də Gandra ilə döyüş təklif olunmuşdu. Susurkaev həmçinin Dəmian Pinası döyüşə çağırıb: "Gəl döyüşək və insanlara sənin saxta gücünü və rekordunu göstərək".