UFC-də 16-0 hesablı məğlubiyyətsiz bantamveyt döyüşçüsü Fərid Başaratın təşkilatdan ayrılması idman ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Başarat son açıqlamasında UFC-nin əvvəlki kimi olmadığını bildirib və onun döyüşləri vaxtında bitirməməsinin müqavilənin yenilənməməsinə səbəb ola biləcəyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, UFC-nin baş direktoru Dana Uayt bu məsələ ilə bağlı UFC Edmonton turnirindən sonra keçirilən mətbuat konfransında danışıb. Uayt bildirib ki, "Əgər bir idmançı 16-0 hesabı ilə yeddi qələbə qazanıb və yenidən müqavilə imzalanmırsa, bunun mütləq səbəbi var". O əlavə edib ki, bəzən döyüşçülərlə işləmək çətin olur və bu da qərarlara təsir edə bilər.

Dana Uayt həmçinin UFC Edmonton gecəsində fərqlənən kanadalı döyüşçülər Mayk Malott, Cazmin Casudavisius və Mandel Nallo barədə də müsbət fikirlər səsləndirib. O, Malottun əsas döyüşdə nokautla qələbəsini yüksək qiymətləndirib və Casudavisiusun qələbəsinin ona titul döyüşünə yaxınlaşmaq imkanı verdiyini qeyd edib. Nallo barədə isə "O, əsl ustalıq nümayiş etdirdi" deyə bildirib.