Bu gün növbəti Azərbaycan derbisi baş tutub.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Hər iki komandanın aktivində 17 xal var. Lakin Ağdam təmsilçisi rəqibindən 1 oyun az keçirib.

MPL, VIII tur

17 oktyabr (şənbə)

19:00 “Qarabağ” – “Neftçi” 3:3

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev

VAR: Əli Əliyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Erkin Hüsyenov

Tofiq Bəhramov adına Respublika Stadionu