Misli Premyer Liqasında VIII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, son çempion "Sabah" bu gün "Qəbələ"nin qonağı olub.

"Bayquşlar" çətinlik çəkmədən qələbə qazanıb - 4:0

"Sabah" 19 xalla 2-ci, "Qəbələ" isə 4 xalla 10-cu yerin sahibidir.

Qeyd edək ki, "Sabah"ın növbəti oyunu Çempionlar Liqasında "Borussiya"ya (Dortmund) qarşı olacaq.

MPL, VIII tur

17 oktyabr (şənbə)

16:00 “Qəbələ” – “Sabah” 0:4

Qollar: Abdulla Xaybullayev, 45', Aleksey İsayev, 74', 90+3, Coy-Lens Mikels, 88'.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu