Lionel Messi "İnter Mayami"nin MLS-də səfərdə "Atlanta" üzərində qazandığı 3:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu bu oyunda dubl etməklə yadda qalıb. Messi bildirib:
"Yenidən mənə gözəl xatirələr bəxş edən stadionda "İnter Mayami" ilə növbəti qələbəni qazandıq".
Qeyd edək ki, 15 iyulda 39 yaşlı futbolçu Argentina millisinin tərkibində İngiltərəyə qarşı keçirilən DÇ-2026-nın yarımfinalında (2:1) iki qol ötürməsi ilə seçilmişdi. Həmin qarşılaşma da Atlantadakı "Mersedes-Benz Stadionu"nda baş tutmuşdu.


